Qloballaşma bəşəriyyətə bir çox aspekt və ya sahələrdə irəliləyişlər qazandırıb. Sağlamlıq texnologiyaları sahəsində böyük sürətlə inkişaf edən innovativ həllər, müasir səhiyyənin verdiyi üstünlüklər artıq ən çətin və ağır xəstəlikləri belə müvəfəqiyyətlə aradan qaldırmağa imkan verir. Təsadüfi deyil ki, son illər Azərbaycanda da dünya tibbi üçün yenilik sayılacaq cərrahi əməliyyatlar və tibbi prosedurlar icra olunur.
Dünyada ilk dəfə olaraq “Buta Clinic”də Fransa təhsilli uzman, uroloq-androloq-cərrah Araz Bayramov tərəfindən icra edilən unikal əməliyyat barədə məlumat vermişdik. Üç androloji proseduru – peyroni xəstəliyindən (cinsiyyət orqanın əyriliyi) əziyyət çəkən pasiyentə liposaksiya üsulu ilə öz piy toxumalarından götürməklə kök hüceyrələr köçürülməsini və pasiyentin üzərində kombinə əməliyyat penis böyüdülməsini (uzadılması və qalınlaşması) bir əməliyyatla icra edən Dr. Bayramov Cənubi Qafqaz üçün yenilik sayılacaq daha bir ilkə imza atıb.
Belə ki, bu dəfə Fransa təhsilli cərrah cinsiz zəiflik, pasiyentin üzərində kombinə əməliyyat penis böyüdülməsi (uzadılması və qalınlaşması) prosedurunu bir əməliyyatla icra edib. Əməliyyat onun rəhbəri olduğu “Buta Clinic”də baş tutub və uğurla başa çatıb. Nəticədə illərdir androloji problemlərdən əziyyət çəkən pasiyent cəmi bir cərrahi əməliyyatla sağlığına qovuşub. Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti müsbətdir və hər üç androloji problem tamamilə aradan qaldırılıb.
Xatırladaq ki, Dr. Araz Bayramov unikal uroloji və androloji əməliyyatlarla nəinki ölkəmizdə, Avropada belə məşhurdur. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah kimi çalışmış azərbaycanlı cərrah burada böyrək köçürülməsi, kişi sonsuzluğunun aradan qaldırılması kimi unikal cərrahi əməliyyatlarda iştirak edib. Mikrocərrahi, andrologiya, uzmanlıq, laparoskopik urologiya diplomları ilə təlrif olunub. 2010-cu ildə Fransada mühüm tibbi titullardan sayılan – “European Board of Urology” dərəcəsini əldə edib.
Onun rəhbərlik etdiyi “Buta Clinic” paytaxtın nüfuzlu tibb mərkəzlərindəndir və burada unikal əməliyyatlar, müayinə və müalicə prosedurları icra olunur. Bu günə qədər tərəfindən 10 mindən çox androloji əməliyyatlar icra edilib.
Dr. Araz Bayramov tərəfindən icra edilən androloji prosedurlar:
Penis böyüdülməsi və uzadılması; Peyroni xəstəliyi zamanı cərrahi plastika və zərbə dalğa terapiyası; Cinsi zəifliyin kök hüceyrə müalicəsi ilə tam aradan qaldırılması; Varikoselin mikrocərrahi üsulla müalicəsi; Erkən boşalmanın cərrahi və müalicəvi yolla aradan qaldırılması və s.
Əlaqə üçün: Nərimanov rayonu, Yahya Bakuvi küç 24a (“Odlar yurdu” Universiteti ilə üzbəüz)
Öncədən qəbula yazılmaq üçün: (055) 2555545