Ermənistanın çoban siması –  siyasətçilərdən daha düşüncəlilərin azərbaycanlılarla birgəyaşayışa məhkumluğubackend

Ermənistanın çoban siması – siyasətçilərdən daha düşüncəlilərin azərbaycanlılarla birgəyaşayışa məhkumluğu

Gün doğur, Sunikin sərhəd zolağında yaşayan erməni kəndilisi qoyun -quzusunu yaylıma çıxarır, az sonra qarşıda dalğalanan üçrəngli bayraq görünür. Çoban dayanır, qoyunlar isə dünyadakı mövcud qaydalardan, beynəlxalq hüqudan xəbərsiz damaqlarında qalan tamın ardınca sərhədi keçməyə çalışırlar. Amma çoban özgənin torpağına girdiklərinin fərqindədir, orda olmaz, ora başqa bir ölkənin, başqa bir insanların ərazisidir. Amma ortada bir problem var: Sünikin Aravus kəndinin torpaqları çox azdır. Müharibədən də qabaq yüz il boyunca çomağını qalıdırb, çiyninə düyünləyən çoban sürüsünün ardınca sərhəddi keçir, ucsuz-bucaqsız, münbit Azərbaycan torpaqlarını istismar edərdilər.

Daha sonra, 90-ların amansıs müharibəsi ilə işğal edilmiş torpaqlar ucbatından Çobanın da, sürünün də aşığı şeş atırdı. İndi isə 10 noyabrdan sonra torpaq ayaqlarının altından birdəfəlik qaçdı. Xoren ac qamış heyvanları ilə Azərbaycan bayrağının altındakı posta yanaşır, qoyunlarını burda otarmaq üçün hərbçilərimizə yalvarır. Bu çoban nə siyasət bilir, nə ona Qarabağ maraqlıdır, ona yalnız və yalnız ac qalmış heyvanları – hansı ki, həyatda qalmaq üçün tək şansıdır, onlar maraqlıdır. Erməni çobanı günmüzün Ermənistanının simvoludur, yeganə arzusu yaşamaq naminə Azərbaycana yalvarmaq, dalğalanan məğrur bayrağımızın altında həyat imkanlarını qazanmaqdır.

Çoban əlini-qolunu sallayaraq, qorxmadan silahlı hərbçilərimizə yaxınlaşır, yalvarır və o daha yaxşı ba.şa düşərək mühakimə yürüdür: Necə olar ki, Gürcüstanda, Rusiyada azərbaycanlılar ermənilərlə normal yaşayır, onları heç də süngüyə keçirmirlər.

Demək ki, burda da mümkündür. Çoban 30 il Ermənistanı səfalətə məhkum edən Qarabağ Komitəsi üzvlərinin yaşayan lənətidir. O lənət ki, Birinci müharibə dövründə yaradılan komitənin kasıb üzvləri – Petrosyan, Sarkisyan, Koçaryan bu gün ER-nın ən varlı adamlarıdır, amma Çoban acdır, sürüsü otsuzdur. Deməli həm də adi erməni çobanı tarixi aqibətin yalnız məhkumluqdan, bunu etməyə məcbur olmaqdan ibarətliliyini daha praktiki başa düşür.

Bir il əvvəl isə bu çoban da, onun qoyunları da əslində işğalçı idi, amma bu gün…

Qalibiyyət təkcə haqlı olmaq deyil, tarixin gedişatını da dəyişməkdir, birgəyaşayışa məhkum olanlar kimi…

Əziz Əlibəyli

STM MX rəhbəri

  •  (0)
  •  (0)