Ermənistanda daxili siyasi həyata dünyanın biganəliyi ölkədə sarsıdıcı bir hadisənin olmaması ilə əlaqədardır.
Hokm.az xəbər verir ki, bunu erməni jurnalist Sergey Bablumyan yazıb.
Onun sözlərinə görə, Ermənistanın sahib olduğu, demək olar ki, hər şey ətrafındakı ölkələrlə əlaqəlidir, bu və ya digər şəkildə onların maraqlarına təsir edir: “Hər şeyi özünəməxsus bir qlobal çərçivədə görməyə vərdiş edən erməni ictimai rəyi gözlənilmədən həm baş nazir, həm komandası, həm də müxalifət hərəkatı liderinin qlobal əhəmiyyətli aktyorluqdan uzaq olduqları ilə qarşılaşdı.
Təslim olmaq istəmədim. Dünya mediasını vicdanla nəzərdən keçirdim, amma İrəvanın 2 əsas meydanında baş verən hadisələrə qarşı heç bir maraq tapmadım. Quru həqiqət ifadəsi, qısa məlumat, ən yaxşı halda – “nə bizim, nə də sizin” prinsipi ilə bağlı bir şərh. Bunun Rusiya, Türkiyə, Azərbaycan və qismən İrana aid olmadığı aydındır.
“Məxməri inqilab”dan sonra dünya mətbuatı Ermənistandakı heç bir hadisəyə ciddi reaksiya verməyib. Amerika Birləşmiş Ştatları belə Ermənistandakı hadisələrə rəsmi soyuqluqda reaksiya göstərərək yalnız vəziyyətin inkişafını yaxından izlədiklərini və münaqişənin artmasına səbəb olan hərəkətlərdən çəkindirməyə çağırdıqlarını qeyd edib.
Yaponiya siyasi elmlər doktoru Miyuki Çikauçi isə ölkə mediasına açıqlamasında hazırda Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər mövcudluğuna vurğu atıb. O, Ermənistan haqqında hamının bildiyi Rusiya ilə KTMT-də müttəfiqlik məsələsinə toxunmaqdan başqa heç nə demir.
Dünya yalnız Ermənistanda məşhur qadınların qeyri-rəsmi yolla dünyaya gətirdikləri uşaqlar, qalmaqalla boşanan cütlüklər və onların yataq şəkilləri ilə maraqlanır”.publika.az