Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri planlaşdırılır.
“Hokm.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın noyabrın 11-12-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransında (COP29) iştirakı gözlənilir.