“Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb”.
Bunu Hokm.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb: “Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər”.