Ermənistanın hakimiyyət dairələri 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olan, yaralanan və itkin düşən vətəndaşlarının sayını gizlətmək, açıqlamamaq üçün bütünr vasitələrədən istifadə etsələr də, onların cəhdləri gözlənilən nəticələri vermir.
Minlərlə erməni valideyn övladlarının harada olduqlarını, onlardan heç bir xəbər ala bilmədiklərini, talelərinin naməlum qaldıqlarını deyirlər.
İrəvanda bu valideynlərin bitmək bilməyən, az qala fasiləsiz aksiyalar seriyasına çevrilmiş piketləri, sadəcə, Müdafiə Nazirliyinin qarşısına toplaşmaqla bitmir.
Övladlarından xəbər ala bilməyən, onların sağ qaldıqlarını və ya öldüklərini belə, məchul təki qəbul edən erməni valideynlər rəsmi şəxslərdən cavab gözləyirlər.
Onların əksəriyyəti Qarabağa döyüşlərə göndərilmiş övladlarının həlak olmalarını qəbul edir, taleləri ilə barışırlar və heç olmazsa, nəşləri, cəsədlərin qalıqlarını, yaxud da əsir düşən erməni hərbçilərin azad olunmalarını istəyirlər.
Amma Ermənistanın Müdafiə Nazirliyi bu istiqamətdə heç bir adekvat addım atmır.
Səhiyyə Nazirliyi isə bəyan edib ki, 2-ci Qarabağ Müharibəsində həlak olmuş 3577 erməni hərbçinin cəsədləri məhkəmə-tibb ekspertizasından keçirilib. 428 cəsəd və cəsəd qalıqları isə DNT ekspertizası mərhələsindədir.
Ermənistanın rəhbərliyi bu faktlara rəğmən yalan danışmağa davam edir.
Baş nazirin müavini Tiqran Avinqyan parlamentdə çıxış edərkən növbəti dəfə yalan danışıb və bildirib ki, döyüşlərdə həlak olanların sayı 4 mindən artıq deyil.
Erməni ekspertlər, habelə Ermənistan Əsgər Anaları Birliyi isə 2-ci Qarabağ Müharibəsində həlak olmuş hərbi qulluqçuların sayının minimum 6500 nəfər olduğunu deyirlər.
Bu statistikaya qarabağlı ermənilər şamil olunmur.milli.az