Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.
Hokm.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, xanəndənin qızı vəfat edib. Əlibaba Məmmədov saytımıza açıqlamasında xəbəri təsdiqləyib:
“Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronovirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu. Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizləri, əzizlərinizi qorusun”.