Ələkbərovun yerinə gələn məmur da işdən çıxarıldıbackend

Ələkbərovun yerinə gələn məmur da işdən çıxarıldı

“Lukoil” neft şirkətinin direktorlar şurası şirkətin baş icraçı direktoru Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək qərarına gəlib.

Hokm.az-ın məlumatına görə, bu barədə şirkət məlumat yayıb.

Onun yerinə “Lukoil”da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutan Sergey Koçkurov təyin edilib.

Vorobyov 2022-ci ilin mayında Vahid Ələkbərovu əvəzləyərək “Lukoil”a rəhbərlik edib. Ələkbərov Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiyalara görə şirkətin direktorlar şurasını və prezidenti vəzifəsini tərk edib. Ötən həftə, yanvarın 10-da ABŞ Rusiyanın enerji sektoruna, o cümlədən Vorobyevə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin anti-Rusiya sanksiyaları siyahısına Ələkbərovun oğlu, “Qazprom Neft”in İdarə Heyətinin sədri Yusuf Ələkbərov da daxil edilib.

  •  (0)
  •  (0)