Dünyada ərzaq bahalaşır – Yeni QİYMƏTLƏRbackend

Dünyada ərzaq bahalaşır – Yeni QİYMƏTLƏR

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin yanvar ayı üzrə göstəricilıərini açıqlayıb.

Hokm.az xəbər verir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin yanvar ayında orta hesabla 124,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 1, 7% (2,1 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 6,2% (7.3 bənd) çoxdur. Başqa sözlə, son 1 ildə dünyada ərzaq məhsulları 6,2 faiz artıb.

Süd məhsullarında bahalaşma daha yüksək olub. Ötən ilin dekabrı ilə mçüqayisədə yanvarda 2,4 faiz bahalaşma qeydə alınıb, son 1 ildə qiymət artımı 20,4 faiz olub.

2024-cü ilin dekabr ayında ABŞ bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə 3,8 faiz  azalaraq 514 dollar  Yeni Zelandiya bazarında 2,8 faiz azalıaraq  437 dollar,  Avropa İttifaqında isə 2,1 faiz azalaraq 559 dolları olub.

Quru südün 1 tonunun qiyməti 2025-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə ABŞ-da 4969 dollara yüksəlsə də, Avropa İttifaqında 2,8 faiz azalaraq 4500 dollara enib.

Bitki yağlarının qiyməti dekabrla müqayisədə 5,6 faiz azalsa da son 1 ildə təxminən 25 faiz artıb. Günəbaxan yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən 0,1 faiz artaraq 1224 dollar olub. Zeytun yağının qiyməti isə azalıb və növündən asılı olaraq tonu 4874-9737 dollar arasında satılıb. Yanvar ayında soyanın 1 tonunun qiyməti əvvəlki aya nisbətən 2,1 faiz azalaraq  tonu 401 dollar olub.

2025-ci ilin yanvar ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 9,1 azalaraq  kiloqramı 40 sentə satılıb. Şəkər məhsulları ucuzlaşmaqdadır. 1 ayda qiymət enişi 6,8 faiz, ötən ilin yanvar ayı ilə müqayisədə isə 18,5 faiz olub.

Ötən ay çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 7,8 faiz azalaraq 2,7 dollar olub.

Hesabat ayında taxıl məhsullarının qiyməti  0,3 faiz artsa da, 2024-cü ilin yanvar ayı ilə müqayisədə bahalaşma 6,9 faiz təşkil edib.

2025-ci ilin yanvar ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 1,2 faiz artaraq tonu 231 dollar olub. Rusiya buğdasının ixrac qiyməti yanvar ayında 239 dollara yüksəlib.

Yanvar ayında Avropa İttifaqı ölkələrində istehsal edilən arpanın tonunun qiyməti 223 dolları, Qara dəniz arpasının qiyməti isə 218 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Ötən ay düyünün qiyməti əvvəlki aya nisbətən 7,5 faiz ucuzlaşaraq tonu 464 dollar olub.

Qarğıdalının dünya bazarı qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında qiymət əvvəlki aya nisbətən 5,8 faiz artaraq tonu 214 dollara satılıb.

Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında 1 kiloqramının qiyməti əvvəlki aya 3,7 faiz  artaraq 6,5 dollara qalxıb. Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 9,7  dollara yüksəlib. 2025-ci ilin yanvar ayında quş ətinin 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ayla müqayisədə 4,7 faiz azalaraq 2,9 dollara çatıb.

Ümumilikdə ət məhsulları son 1 ayda 1,4 faiz,  ötən ilin yanvar ayı ilə müqayisədə isə 8,1 faiz artıb.

1 kq pambığın dünya bazarında qiymçəti 2,3 fasiz azalaraq 1,7 dollar olub. Yerti gəlmişkən, bu il  dünyada pambıq istehsalının ötən illlə müqayisədə 6,5 faiz artaraq 26,2 milyon tona çatacağı proqnozlaşdırılır. Ye

2025-ci ilin yanvar ayında dünya bazarında xam ipəyin qiyməti əvvəlki aya nisbətən 1,6 faiz artaraq  tonu 68 min dollar çatıb.

Yanvar ayında dünya bazarında quru baramanın qiyməti əvvəlki aya nisbətən 0,2 fazi artıb və tonu  22.5 min dollar satılıb.

  •  (0)
  •  (0)