Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “xurma” yükü aparan “Volvo” markalı yük nəqliyyat vasitəsi “Astara” gömrük postunda idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.