Deputatın əli Naxçıvana da çatdı: Kamaləddin Qafarovun şirkəti MR-də tender udubbackend

Deputatın əli Naxçıvana da çatdı: Kamaləddin Qafarovun şirkəti MR-də tender udub

Naxçıan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin keçirdiyi tenderin nəticələri açıqlanıb. Hokm.az xəbər verir ki, müsabiqəyə əsasən köhnə təcili tibbi yardım avtomobillərinin təchizatının yenilənməsinə dair tibbi cihaz və avadanlılqların alınması nəzərdə tutulub.

Məlumatda qeyd edilir ki, dəyəri 980.099,79 manat olan satınalma müqaviləsi “AZƏRİ MED” QSC ilə bağlanıb.

Qeyd edək ki, açıq mənbələrdə “Azəri Med” şirkətinin deputat Kəmaləddin Qafarova məxsus olması barədə çoxlu sayda məlumatlar var. Həmin məlumatlarda deputatın bu şirkəti yaxın qohumlarının adına keçirdiyi, hətta hüquqi ünvan olaraq yaşadığı evi göstərdiyi vurğulanır.

Məlumat üçün bildirək ki, yazıb, danışmağı bacarmayan bu deputata məxsus şrkətlər təkcə son bir ildə dəyəri onmilyonlarla ölçülən tenderlərin qalibi olub.

  •  (0)
  •  (0)