Deputat təhsil şöbələrinin ləğv olunmasından DANIŞDIbackend

Deputat təhsil şöbələrinin ləğv olunmasından DANIŞDI

Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün təhsil şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Təhsildə idarəetmənin regionallaşması, bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib idi.

Hokm.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, sözügedən sərəncamda yaradılan bu bregional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar.

“Bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır”, – deyə MM üzvü əlavə edib.

  •  (1)
  •  (0)