Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Hokm.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İlkin Əhmədov, əvvəllər məhkum edilmişlər Sərvan Əliyev və Əli Bəylərov saxlanılıblar.
Axtarışlar zamanı saxlanılan şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxil olan məlumatlar əsasında RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Qadir Haqverdiyev və əvvəllər məhkum olunmuş Rasim Quliyev saxlanılıb.
R.Quliyevin evinə baxış keçirilən zaman 9 kiloqrama yaxın marixuana, Q.Haqverdiyevin üzərindən isə heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də və Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.