Dağlıq Qarabağın “dikdaban”lı hərbi jurnalisti: İnformasiya müharibəsinin görünən və görünməyən tərəflərinin təhlilibackend

Dağlıq Qarabağın “dikdaban”lı hərbi jurnalisti: İnformasiya müharibəsinin görünən və görünməyən tərəflərinin təhlili

Cari ilin sentyabrın 27-də Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlar başlayanda münaqişəni işıqlandırmaq üçün rusiyalı jurnalistlərin bölgəyə ezam ediləcəklərini ehtimal etmək mümkün idi. Lakin əsas məsələ ondan ibarət idi ki, böyük kütlələrə informasiya ötürməyi özünə əsas peşə kimi seçən, şərəfli hərbi jurnalistlər hadisələrə hansı bucaqdan baxacaqdılar?!
Araşdırmalarımız nəticəsində Rusiyada və Ermənistanda informasiya gündəmini işıqlandırmaq üçün münaqişə bölgəsinə ezam olunan şəxslərin kimliklərini (daha müasir terminlə ifadə etsək bəkraundları, portfolyolarını) analiz edərək həqiqəti rahatlıqla müəyyən etmək mümkün olub.
Bu ilin iyul hadisələrində “WarGonzo” layihəsinin müəllifi, ermənilərə satılmış rusiyalı bloger, Aram Gabrelyanovun agenti Semyon Peqovun hazırladığı videoreportajda Qaraqaya yüksəkliyinin ermənilərin nəzarətində olduğu ilə bağlı iddiaları və çıxardığı oyunları da yaxşı xatırlayırıq. Ekstrimal həqiqət, müharibəyə subyektiv baxış, reallığın təsdiq olunması, hərbi-humanizm və digər cəhətləri öz məqsədi kimi müəyyənləşdirən layihənin əsas məşğulliyyətinin əslində feyk xəbərlər paylaşmaq olduğu çox keçmədən məlum oldu (https://vk.com/war.gonzo).
Həmin vaxt jurnalistlərimiz rəşadətli ordumuzun köməyi ilə iyul döyüşlərinin simvoluna çevrilmiş Qaraqayadan erməni kəndlərini, örüş yerlərini, evləri, yolları bir-bir görüntüləmişdilər. Ən əsası, ermənilərin post və səngərlərini yuxarıdan aşağıya doğru çəkmişdilər (Ermənilərin hədəfindəki Qaraqayadan ən son görüntü // “Teleqraf.com, 26.07.2020. URL: https://teleqraf.com/news/toplum/255844.html).
Artıq 1 ayını haqlamış və Azərbaycan tarixinin “təqvimin ən şərəfli sentyabrı” kimi daxil olan ayda eskalasiyanın ilk günlərindən rusiyalı jurnalistlərin hadisə yerində olmaları təəccübümüzə səbəb oldu. Yalnız Rusiyanın dövlət orqanlarının birbaşa nəzarəti altında olan media təbliğatçılarının adlarının müharibəni işıqlandıranlar arasında olması müəyyən suallar doğururdu.
Hərbi və diplomatik-siyasi arenada qəhrəmanlığı və məharəti ilə Azərbaycan tarixinin ən böyük sərkərdələri sırasına adını qızıl hərflərlə həkk edən Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev 9 oktyabr tarixində xalqa müraciətində Hadrut qəsəbəsi və bir neçə kəndin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri ölkə ictimaiyyətinin diqqətinə çatdırsa da (İlham Əliyev: “Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib”
Hazırda “WarGonzo”nun baş redaktoru, keçmişdə isə “Life”ın müxbiri olan Semyon Peqov feyk xəbərlərin retranslyatoru rolunda çıxış edir. Bunu ən ağlasığmaz, ən absurd şəkildə etsə də qətiyyən qızarmır, yalan xəbərləri ciddi bir üz ifadəsi ilə təqdim edir. Azərbaycan Silahlı Qüvvələri Hadrutu işğaldan azad edəndən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Peqov oraya yollandı və “burada azərbaycanlılar yoxdur” deyə erməniləri inandırmağa başladı.
Qeyd etmək lazımdır ki, əldə olunmuş faktlarla əlaqədar olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlətə qarşı yönəldilən açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə Semyon Peqova qarşı cinayət işi açılıb.
Digər bir hərbi müxbir Aleksandr Kots yalnız yaşayış binalarının atəşə tutulacağı yerlərdə görünürdü. (От армянской артиллерии земля ходила ходуном: журналист Коц о разгроме азербайджанцев на южной границе // “Arakelcenter.com”, 21.10.2020. URL: https://arevelkcenter.com/headlines/ot-armyanskoy-artillerii-zemlya-khodila-khodunom-zhurnalist-kots-o-razgrome-azerbaydzhantsev-na-yuzhnoy-granitse?_
 Qısa arayış: Aleksandr Kots 1999-cu ildən “Komsomolskaya Pravda”nın müxbiri işləyir, siyasət şöbəsinin xüsusi müxbiridir, hərbi münaqişələr, təbii fəlakətlər və digər kataklizmləri işıqlandırır. Kosovo, Əfqanıstan, Şimali Qafqaz, Liviya, Suriya, Misir, İraq, Ukrayna və Dağlıq Qarabağdakı çəkilişləri ilə gündəmə gəlib. Yaralanma və əsir düşmə isə onu daha da məşhurlaşdırıb.
Donbasdakı fəal döyüş əməliyyatları zamanı, bir neçə saat ərzində Donetsk bölgəsində və ya bölgə kəndlərində, Aleksandr Kots və həmkarı Dmitri Steşin görünürdü. Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı da eyni mənzərəni müşahidə edirik («Если потеряем Карабах, то потеряем и весь Кавказ»: люди в Нагорном Карабахе и Армении ждут помощь от России // “Радио Комсомольская правда», 01.10.2020. URL:
https://radiokp.ru/voyna/esli-poteryaem-karabakh-poteryaem-i-ves-kavkaz-lyudi-v-nagornom-karabakhe-i-armenii-zhdut-pomosch-ot_nid61419_au4311au).
Ancaq bütün münaqişədə olduğu kimi “sonun başlanğıcı” görünəndə və  qarşı tərəf döyüş meydanında əhəmiyyətli nəticələr əldə etdikdə, bu “hərbi müxbirlər”i gündüz şam ilə axtarmaq lazım olur. Bu, Dağlıq Qarabağda da baş verdi. Ermənistan ordusunun cəbhədəki uğursuzluğu gün kimi aydın olandan sonra həm Kotsu, həm də Peqovu geri çağırdılar (Провокатор Семен Пегов сбежал из оккупированного Карабаха // “Trend.az”, 20.10.2020. URL: https://www.trend.az/azerbaijan/society/3320331.html). Onlar Azərbaycanın qələbəsini erməni ictimaiyyətindən gizlədir, eyni zamanda erməni havadarları üçün saxta materiallar və feyk xəbərlər hazırlayırdılar.
Ancaq bu, o demək deyil ki, onları fərqli və ya daha peşəkar keyfiyyətlərə malik jurnalistlərlə əvəz etdilər. Əksinə, onları elə bir jurnalistlə əvəz etdilər ki, ümumiyyətlə, hərbi əməliyyatları işıqlandırmaq üçün zəruri heç bir keyfiyyətə malik deyil və hərbi jurnalistikanın üz qarasına çevrilib (Асламова Дарья Михайловна // URL: http://aslamova.df.ru/) Bu, Darya Aslamovadır.
Qısa arayış: köşə yazarı, publisist, reportyor, jurnalist, yazıçı, müharibə müxbiri, radio aparıcısı, xüsusi müxbir olan Darya Aslamova 1969-cu ildə Xabarovskda anadan olub, (bəzi sosial şəbəkələrdə İrəvanda anadan olduğu qeyd olunur) Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Abxaziya”, “Osetiya”, “Dağlıq Qarabağ”, Kamboca, Tacikistan, Yuqoslaviya, Ruanda, Çeçenistan və Malidə hərbi müxbir kimi fəaliyyət göstərib. Əsirlikdə olub və buna dair bir sıra reportajlar hazırlayıb, kitablar yazıb. Hazırda “Komsomolskaya pravda” qəzetinin xüsusi müxbiri kimi çalışır və Qarabağa ezam olunub.

Hal-hazırda “Komsomolskaya pravda” üçün Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hadisələri özünü jurnalist adlandıran Darya Aslamova işıqlandırır. O, “bizim çəkiliş qrupuna atəş açıldı” kateqoriyasından olan videolar paylaşır, onun “Telegram” və “Youtube” kanalları isə erməni təbliğat maşınının aparıcı ruporuna çevrilib (Асламова, Д. БИТВА ЗА МАРТУНИ: На фронте восемнадцатилетние мальчики – Горячие точки Дарьи Асламовой // “Youtube”, 24.10.2020. URL: https://www.youtube.com/watch?v=-t-YENSRgh4&feature=emb_title)
Darya Aslamova müharibə müxbiri rolu üçün heç də uyğun seçilməyib. Podiumda gəzərcəsinə, əl çantası və hündürdaban ayaqqabılarla müharibə bölgəsində xanımın gəzişməsi yəqin “komsomol həqiqətləri”ni yayan qəzetin yeni ixtirasıdır. Əgər çəkiliş meydançasında kadrın effektli olması üçün 9М55 raketinin sürətləndirici blokunun yerini qazandan sonra onu ehtiyatla basdırırlarsa, bu zaman “həqiqət carçısı” ola bilərsən.
Ancaq məsələ Darya Aslamovanın ekran qarşısında olan tamaşaçıya bəyəndirmək üçün əldən-ayaqdan getməsi, müharibə müxbirinin karikaturasına bənzəməsi deyil, əsas məsələ onun əsl funksional vəzifələrindədir. Çünki onun əsas vəzifəsi tamamilə fərqlidir. Darya Aslamova yalnız “Komsomolskaya pravda”-nın bir jurnalisti deyil. Qəzetin bəzi müxbirləri haqqında açıq mənbələrdə bir sıra maraqlı məlumalara rast gəlmək mümkündür. Məsələn, Aleksander Kots haqqında da bunu söyləmək olar. Darya Aslamova ilk baxışdan müharibə zonasına ölmək üçün göndərilən jurnalist kimi görünsə də, əslində, hər şey göründüyü kimi deyil. Bu xanım Ukraynanın, Türkiyənin və bir sıra digər ölkələrin qara siyahılarında yer alır.
O, 2017-ci ildə Xorvatiya pasportu ilə Buxarestdən Moldovaya getmək istəyib. Kişinyovda səyahət etməyə çalışan Aslamova ziyarətinin məqsədini açıq şəkildə izah edə bilmədiyi üçün hava limanından daha irəli gedə bilməyib. Eyni zamanda xanım Aslamova rus dilini unutduğunu iddia edərək polislə xorvat dilində danışmağa çalışıb!

Məqalədə əsas diqqət yetirməli olduğumuz məqamı burada izah etməyə çalışacağıq. Darya Aslamovanın həyat yoldaşı xorvat jurnalist Robert Valdetsdir. O, bütün Avropada təbliğat layihələrinin təxribatçı elementi kimi çıxış edir. Məsələn, Parisdə dinlərarası qarşıdurmalara səbəb olan, Fransa paytaxtının müsəlman məhəllələrində Marine Le Pen Milli Cəbhəsini dəstəkləyən afişalar təşkil etməkdə və onları yapışdırmaqda birbaşa iştirak edən məhz R.Valdets idi.
Darya Aslamovanın həyat yoldaşı R.Valdets Avropa Birliyinin miqrasiya siyasətini mütəmadi olaraq tənqid edir və rusiyapərəst Orbanı tərifləyir. Artıq özlərini Kataloniya böhranı ilə İspaniyadakı sabitliyin pozulmasının bir hissəsi kimi qeyd etməyə müvəffəq olan bu cütlük “qəddar” miqrantlara qarşı nümayişçilərin tərəfdarları olaraq, Almaniyada AfD-yə (Alternative for Germany) ciddi dəstək verirlər.
İndi isə gələk Darya Aslamovanın Azərbaycanın işğal olunmuş torpaqlarında zühur etməsinə. Onun burada nə işi var? Qarabağın füsunkar təbiəti ona nə üçün bu qədər maraqlıdır? Təhlillər nəticəsində belə qənaətə gələ bilərik ki, bu cazibədar xanım barıt iyinə od püskürən səngərlərdə rast gəlməyib. Axı bu madam hər tərəfdən güllə saçan döyüş meydanını təsvir etməyi jurnalist qeydlərində də olsa peşəkarcasına edə bilmir. Bəs bu nəyə işarədir?!
Bu ona işarədir ki, D.Aslamova Azərbaycanın əzəli torpağına xüsusi məqsədlər üçün gəlib. Qarabağ onu digər çəkiliş meydançasına göndərəcək ilkin tramplin rolunda çıxış edir. Elə çəkiliş meydançasına ki, orada madam Aslamovanın əl çantası, gözəl görünüşlü paltosu və dikdaban ayaqqabıları üçün daha uyğun yer olacaq.
Fikirlərimizi açıq mətnlə ifadə etsək deyə bilərik ki, İrəvanda böyük bir kadr dəyişikliyi gözlənilir. Rusiyanın jurnalist seçimi də bunu deməyə əsas verir.
Politoloq Ilyas Hüseynov
  •  (0)
  •  (1)