D vitamini çatışmazlığının üç təhlükəli əlamətibackend

D vitamini çatışmazlığının üç təhlükəli əlaməti

Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyündən yarana bilən D vitamininin bədəndə çatışmazlığı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərə işarət edən üç əsas əlamət var ki, bunlar aşağıdakılardır:

Yorğunluq

Amerikalı həkimlərin araşdırmaları nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı insanın aktivlik səviyyəsini aşağı salmaqla yanaşı yorğunluğun yaranmasına da səbəb olur. Təcrübədə vitamin D çatışmazlığı olan insanlar iştirak edib. Könüllülərin təxminən 77%-i özlərini yorğun hiss etdiklərini və yüksək dozada D vitamini ilə müalicədən sonra vəziyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Sümük ağrısı və ya əzələ zəifliyi

D vitamini kalsiumun tam udulmasını təmin etməklə skelet sisteminin sağlamlığını təmin edir. Bu səbəbdən də bu vitaminin çatışmazlığı halında insanın sümük ağrısı və əzələ zəifliyi kimi narahatlıqları yarana bilər.

  •  (0)
  •  (0)