Cəsarətli müsahibəbackend

Cəsarətli müsahibə

Məlumdur ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 28 sentyabr tarixində “France-24” televiziya kanalına geniş müsahibəsi vermişdir. Həmin intervyuda bir sıra vacib məsələlərə toxunulmuşdur. Müzəffər Ali Baş Komandan bildirmişdir ki, sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq neçənci dəfədir ki, açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu qeyd edib. Burada söhbət təkcə dialoqa başlamaqdan deyil, həm də Azərbaycan və Ermənistan arasında gələcəkdə bağlanılması nəzərdə tutulan sülh sazişi üzərində aparılacaq birgə işdən də söhbət gedir. Çünki müharibə bitib və münaqişə həll olunub.

Sülh razılaşmasının əldə olunması üçün vasitəçilərin fəaliyyətindən yararlanmaq lazımdır. Əvvəllər ikitərəfli təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində baş tuturdu. Əgər yenidən Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan tərəfi buna olumlu baxa bilər.

Bölgədə sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir və maraqlarımıza uyğundur. Bilirsiniz ki, Sülh müqaviləsi mütləq olmalıdır. Iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Bunun üçün bağlanacaq sülh sazişinin hazırlanmasından ötrü Ermənistanla danışıqlara başlamaq lazımdır. Hələ ki, Ermənistan rəhbərliyi tərəfindən hər hansı bir adekvat addım atılmayıb. Bu məsələ Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. Ermənistan başa düşməlidir ki, növbəti təxribat cəhdi bu ölkə üçün faciəli sonluq gətirə bilər, çünki “dəmir yumruq” yerindədir.

Rəsmi İrəvan hələ də xam xəyallarla yaşayır. Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları irəli sürür ki, bu da absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Ermənistan anlamalıdır ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı izibati ərazi vahidi yoxdur.

Əgər Ermənistan düşünür ki, münaqişə həll olunmayıb, bu yanlış yorumdur və çox təhlükəli yanaşmadır. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlar müddətində Azərbaycanın hansı mövqedə olduğundan çox yaxşı xəbərdardırlar. Vaxtilə biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Lakin emənilər hər zaman bunu rədd edirdilər və “yox” deyirdilər. Münaqişə öz həllini tapdıqdan sonra yenidən müstəllik istəmək siyasi dəlilikdir. Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil və onlar da digər azərbaycan vətəndaşlarının yaralandığı güzəştlərdən yararlana bilərlər.

Biz dövlət olaraq heç bir zaman qonşu ərazilərə qarşı torpaq iddiasında olmamışıq və olamaq fikrrmiz də yoxdur. Xatırlatmaq istərdik ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq, onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdir. Biz yalnız tarixi faktlara istinad edirik. Əgər iki ölkə arasında sülh müqaviləsnin bağlanması baş tutarsa, onda azərbaycanlılar qanuauyğun şəkildə Zəngəzura qayıda bilər və bu, bizim legitim hüququmuzdur.

Tarixən Fransa hər zaman Azərbaycanda bir dost ölkə kimi tanınıb və bu iki ölkə arasında hər cür əlaqələr mövcuddur. Biz Fransa ilə bir çox iqtisadi, ticarət və infrastruktur layihələri həyata keçirmişik. Münasibətlərimiz uğurla inkişaf edirdi və biz hər zaman ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst bir vasitəçi kimi, Fransa bu vəzifəyə sadiq qalacaq. Lakin təəssüf ki, Fransa bitətər qalmaq əvəzinə, Ermənistanın tərəfini tutdu.

Biz bilirik ki, Fransa ilə Ermənistanın tarixi əlaqələri var, Fransada fəal erməni icması mövcuddur və onların qərar qəbul edən rəsmi şəxslərə təsir imkanları güclüdür. Bütün münaqişə müddətində Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu Fransaya başucalığlı gətirmədi və bir dövlət kimi onun siyasi imicinə siddi ziyan vurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də Fransa ilə hər cür əməkdaşlığa hazırdır. Çünki Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik.

Biz erməni hərbi əsirlərin Azərbaycanda saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını rədd edirik. Çünki müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər artıq Ermənistana qaytarılıb. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl erməni hərbi əsirlərini geri qaytardıq. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, qeyd etmək lazımdır ki, onlar müharibə başa çatandan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər. Həmin diversiya qrupu dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətdikləri üçün zərərsizləşdirildilər və həbs olundular. Aparılmış istintaq nəticəsində cinayətdə iştirakı olmayanların çoxu artıq geri qaytarılıb, lakin cinayəti sübut olunanalar isə cəzalandırlıblar.

Nahid Əsədzadə – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (1)
  •  (0)