İspaniyanın Sevilya əyalətində yerləşən Fuentes de Andalucia şəhəri Ukraynaya həmrəylik nümayiş etdirərək rəsmən adını dəyişib.
Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, şəhər bundan sonra Ukrayna adlanacaq.
Eyni zamanda şəhərdəki küçələrə Kiyev, Odessa, Mariupol və Xerson adları verilib. Şəhərin girişində Ukrayna bayrağı asılıb.
Bundan əlavə, şəhər sakinləri müharibədən zərər çəkən ukraynalılara sığınacaq verməyə hazır olduqlarını bəyan ediblər.