Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
“Hokm.az”ın əldə etdiyi məlumata görə, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.
X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.
İş üzrə ilkin istintaq aparılır.
***
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.
Sail Ağasəlim