BRICS-də iştirakına görə Ukraynaya səfərinə icazə vermədibackend

BRICS-də iştirakına görə Ukraynaya səfərinə icazə vermədi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antonio Quterreşin Ukraynaya səfərini təxirə salıb.

“Hokm.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən “France-Presse” agentliyi yayıb.

Bildirilib ki, buna səbəb Quterreşin Kazanda keçirilən BRICS sammitində iştirak etməsi olub: “Quterreş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi. Lakin prezident onun səfərini təsdiq etmədi”.

“RBK-Ukraina” Zelenskinin Ofisinin sözügedən məlumatı təsdiq etdiyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutub. Quterreşin həmin tədbirdə iştirakı Ukraynanın narazılığına səbəb olub.

 

  •  (0)
  •  (0)