Braziliyanın San-Paulu ştatının Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni “omikron” ştamı ilə iki yoluxma halının aşkarlanması ilə bağlı məlumatı təsdiqləyib.
Hokm.az xəbər verir ki, bu barədə ştat hökümətinin saytında bildirilib.
Qeyd olunub ki, yeni ştam noyabrın 23-də Cənubi Afrikadan Braziliyaya gələn 41 yaşlı kişi və 37 yaşlı qadında təsdiqlənib.
Beləliklə, Braziliya dünyada COVID-19-un yeni ştamının aşkar edildiyini bildirən 20-ci ölkə oldu.