Dünən gecə saatlarında Bakının Xocalı prospektində yerləşən “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov tərəfindən qətlə yetirilən 1981-ci il təvəllüdlü Vüqar Mustafayevin tanınmış vəzifəli şəxsin oğlu olduğu ortaya çıxıb.
Vüqar Mustafayev Təhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.
Xatırladaq ki, İlham Mustafayevin mediada adı restoranlar “kralı” kimi də hallanır.
Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.
Xatırladaq ki, İlham Mustafayev Təhsil nazirliyində tutduğu vəzifədən 2013-cü ildən azad edilib. // Bizim.Media