BDYP rəisi Ramiz Zeynalovun qayını oğlu belə öldürüldü – Videobackend

BDYP rəisi Ramiz Zeynalovun qayını oğlu belə öldürüldü – Video

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlunun öldürülmə görüntüləri yayılıb.

Correct.az xəbər verir ki, 2019-cu il avqustun 31-də Respublika Klinik Xəstəxanasından Yasamal RPİ-nə, inzibati ərazidən bıçaq xəsarəti ilə Bakı şəhər sakini Fərid Məmmədzadənin daxil olması və orda vəfat etməsi ilə əlaqədar məlumat verilib. Hadisə yerinə keçirilmiş baxış protokolundan görünüb ki, Zahid Xəlilov küçəsindən Akim Abbasov küçəsinə döndükdən sonra, təxminən 30 metr irəlidə, səki üzərində səpələnmiş və torpaqla qarışmış şəkildə qanabənzər ləkələr aşkar edilib. Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də şübhəli şəxs qismində Bakı şəhər sakinləri, 1992-ci il təv. Həmid Babaverdiyev, Cahandar Cavadlı və 1994-cü il təv. Rüfət Bunyadzadə saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Həmid Babaverdiyev avqustun 31-i saat 19 radələrində qohumu Rüfət Bunyadzadə və tanışı Cahandar Cavadlı ilə birlikdə, sonuncunun idarə etdiyi avtomobillə Yasamal rayonu, Zahid Xəlilov küçəsindən Akim Abbasov küçəsi istiqamətində hərəkət edərkən, qəflətən “Volkswagen Passat” markalı (10-NK-555) dövlət qeydiyyat nişanlı avtomobil qarşılarına çıxıb. Bu səbəbdən həmin avtomobili idarə edən Fərid Məmmədzadə və sərnişin Ravin Rəhimli ilə aralarında mübahisə başlayıb.

Buna aydınlıq gətirmək məqsədi ilə sonunculara dayanmalarını bildirib, küçədə yerləşən otelin giriş hissəsini keçərək, öz avtomaşınlarını onların avtomobilin arxasında saxlayıblar. Maşından düşdükdən sonra çoxsaylı insanların gözü qarşısında ciddi səbəb olmadan, onların hərəkətinə yol vermədiklərini bəhanə edib, qrup halında zərərçəkmişlərə hücum edib, ünvanlarına nalayiq ifadələr işlədiblər. Yumruqla və başları ilə zərbələr endirdikdən sonra, Həmid Babaverdiyev üzərindəki bıçaqla Fərid Məmmədzadəyə xəsarət yetirməklə, onu qəsdən öldürüb. Məhkəmə prosesində Həmid Babaverdiyev özünü qismən təqsirli bilib, əməlindən peşiman olduğunu qeyd edib. Cahandar Cavadlı və Rüfət Bünyatzadə isə özlərini təqsirli bilməyiblər. Zərərçəkmişi şəxsinn hüquqi varisi Elyar Məmmədov və zərərçəkmiş Ravin Rəhimli istəyiblər ki, təqsirləndirilən şəxslərə ağır cəza verilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həmid Babaverdiyev 19 il, Cahandar Cavadlı və Rüfət Bunyadzadə hər biri 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Hokm.az

Həmin hadisənin görüntülərini oxucularımıza təqdim edirik:

 

  •  (1)
  •  (0)