Başımıza gələn hər bir bəla və müsibət mütləq günahlarımıza görədirmi?backend

Başımıza gələn hər bir bəla və müsibət mütləq günahlarımıza görədirmi?

Əvvəla, başımıza gələn bu və ya digər hadisənin müsibət və bəla olub-olmadığına qəti hökm vermək düzgün deyil.

Ola bilər ki, hikmətini bilmədiyimiz səbəblər üzündən bəyənmədiyimiz bir hadisə bizim tam xeyrimizədir və daha böyük bir bəlanın qarşısını almaqdan ötrü baş vermişdir. Lakin möminə yaraşan xüsusiyyət budur ki, başına gələn hər bir ağır hadisəni öz günahlarının səbəbi olaraq qəbul etsin və buna görə tövbə edib Allahdan bağışlanmaq diləsin.

Bu, bəndənin Allah qarşısında təvazökarlığının və təslimiyyətinin bir əlamətidir. Hədislərdən də məlum olur ki, bu dünyada möminin başına gələn müsibətlər, xəstəlik və itkilər onun günahlarının kəffarəsi (əvəzi) hesab olunar. Kafirin başına gələnlər isə günahlarının cəzası və onu ayıltmaq vasitəsidir. Lakin bəzi hallarda bəla və müsibətlər möminə cəza olaraq yox, sınaq məqsədilə verilir. Əsil mömin bu sınaqlara layiqincə səbir etməli, Allaha asi olmamalıdır.

Hər bir halda, bəla və müsibətləri səbirlə qarşılamağa çalışmalıyıq. Bu halda həmin müsibətlər bizim üçün savaba çevrilər.

  •  (0)
  •  (0)