Bakıda yüksək vəzifəli şəxsin oğlunu öldürən idmançı barədə YENİ XƏBƏRbackend

Bakıda yüksək vəzifəli şəxsin oğlunu öldürən idmançı barədə YENİ XƏBƏR

Bakıda yerləşən “Beerlin Pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hokm.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdehlik daşıyıb.

Qətlə yetirilən V.Mustafayev isəTəhsil Nazirliyində 21 il Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.

İlham Mustafayevin mediada adı restoranlar “kralı” kimi də hallanır. Məlumatlara görə İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası, restoranları fəaliyyət göstərir.publika.az

  •  (1)
  •  (1)