Bakıda ŞOK HADİSƏ – Uşağın boğazını kəsib şəklini anasına göndərdilər (TƏFƏRRÜAT)backend

Bakıda ŞOK HADİSƏ – Uşağın boğazını kəsib şəklini anasına göndərdilər (TƏFƏRRÜAT)

Ötən ilin avqustunda Bakıda 50 yaşlı kişinin 2 yaşlı oğlunu və özünü bıçaqlaması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hokm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs Emil M-in 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib. O, Cinayət Məcəlləsinin 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə prosesində məlum olub ki, 1970-ci il təvəllüdlü Emil M. 2006-cı ildə evlənib və 3 uşaq atasıdır. Lakin o, 2015-ci ildə fəhlə kimi işlədiyi mağazada Aysel adlı xanımla tanış olub. Bundan sonra Emilin həyat yoldaşı ilə münasibətləri pozulub və o, Ayseli yaşadığı evə gətirib. 2018-ci ildə onların qeyri-rəsmi nikahından Ömər adlı övladları dünyaya gəlir. Lakin bir müddət sonra Emillə Ayselin münasibətləri pozulub və onlar ayrı yaşamağa başlayıb. Buna baxmayaraq Emil azyaşlı övladı Öməri bir neçə dəfə evə gətirərək özü ilə saxlayıb. Nəhayət ötən ilin avqustunda o, Aysellə barışmaq məqsədi ilə onu yaşadığı evə dəvət edib, həmçinin gəlib Öməri aparmasını bildirib. Lakin Aysel Emilin yanına qayıtmayacağını, həmin evə yalnız polislə birgə gələ biləcəyini deyib.

Məhkəmə materiallarından məlum olur ki, Emil M. Ayseldən qisas almaq və onu qorxutmaq məqsədi ilə 2 yaşlı övladı Ömərə xəsarətlər yetirmək fikrinə düşüb. O, bıçaqla uşağın boğazını bir neçə yerdən kəsib, həmçinin azyaşlının bədəninə müxtəlif kəsici xəsarətlər yetirib. Bundan sonra 50 yaşlı kişi qan içində olan uşağın şəklini çəkərək onu vatsap mesajlaşma proqramı vasitəsilə Ayselə göndərib.

Övladının qan içindəki şəkillərini görən qadın dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Bir neçə dəqiqə sonra polislər ünvana yaxınlaşıblar, lakin onlar Ayseli içəri buraxmayıblar. Polislərin gəldiyini görən Emil bıçaqla özünə də çoxsaylı xəsarətlər yetirib. Hadisə yerinə gələn tibbi yardım briqadaları uşağı və atasını xəstəxanaya çatdırıb. Onların ikisinin də həyatı tibbi heyət tərəfindən xilas edilib. Publika.az

  •  (0)
  •  (0)