Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən 1983-cü il təvəllüdlü Məhərrəm Əliyevin düz bağırsağında narkotik maddələr aşkarlanıb.
Hokm.az xəbər verir ki, Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin rentgen müayinəsi zamanı ağ rəngli sellofana bükülmüş 0.243 qram heroin, 0.04 qram metadon və 0.225 qram güclü təsir edən tramadol hidroxlorid gizlətdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.