Bakıda quldurluq: 3 nəfər döydü, 340 manatı götürüb qaçdılarbackend

Bakıda quldurluq: 3 nəfər döydü, 340 manatı götürüb qaçdılar

Bakıda quldurluq hadisəsi baş verib.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Binəqədi qəsəbə sakini C.Məmmədovu döyüb 340 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Qurbanzadə, əvvəllər məhkum olunmuşlar – E.Əzimov və T.Quliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

  •  (1)
  •  (0)