Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verildibackend

Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hokm.az “Report” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci il avqustun 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq qətlə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni, 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.

  •  (1)
  •  (0)