Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hokm.az APA-ya istinadən bildirir ki, hadisə 2-ci Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində qeydə alınıb.
1965-ci il təvəllüdlü Babayeva Səmiyyə Məhəmməd qızı qəfil yaşadığı evdə qaynının bıçaqlı hücumuna məruz qalıb. Qadın sol döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
















