Bakıda külli miqdarda pul və qızıl oğurlamış qadın tutulub.
Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılb.
Araşdırmalar davam etdirilir.