Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.
Bu barədə Hokm.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.
Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur.
T.Qurbanov istintaqa təhvil verilib.