Bakıda kişi arvadının boğazını niyə kəsdi? – TƏFƏRRÜAT – VİDEObackend

Bakıda kişi arvadının boğazını niyə kəsdi? – TƏFƏRRÜAT – VİDEO

Paytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb. Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Əməkdaşımız Ömər Xıdırov hadisənin baş verdiyi ünvanda olub və təfərrüatları araşdırıb.

Hokm.az xəbər verir ki, Pirallahı rayonunda 3 uşaq anası qətlə yetirilib.

Rayon prokurorluğunun apardığı araşdırmalarla zərərçəkmişin əri 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Təfərrüatları öyrənmək üçün “Xəzər Xəbər”in əməkdaşları hadisənin baş verdiyi ünvanda olub. Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər 2-si isə anası ilə birlikdə qalırmış.

Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özləri ilə aparsınlar. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib.

Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa başlayıb.

Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Musayevin valideyinləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  •  (1)
  •  (0)