Nazirlik əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum oldu – YENİLƏNİBbackend

Nazirlik əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum oldu – YENİLƏNİB

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Hokm.az-ın report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

30 yaşlı Turanə Cəsərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.

_____________________

10:47

Azərbaycan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Hokm.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, həmçinin Sabunçu rayonunda 1990-cı il təvəllüdlü qadının meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

  •  (0)
  •  (0)