Məhkəmə Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyevlə bağlı qərar çıxarıb.
“Report”un əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xəzər Rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurub.