Bakıda ana 2 oğlu ilə özünü BİNADAN ATDI – Səbəbi HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)backend

Bakıda ana 2 oğlu ilə özünü BİNADAN ATDI – Səbəbi HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur.

Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır.Qafqazinfo

———————————–

09:32

Bakıda intihara cəhd hadisəsi baş verib.

Hokm.az Sfera.az-ın məlumatına görə bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (0)