Bakıda daha bir dəhşətli qətl – Qonşuluqda yaşayan qadını öldürdübackend

Bakıda daha bir dəhşətli qətl – Qonşuluqda yaşayan qadını öldürdü

Bakı şəhərinin Xəzər rayonunda qətl törədilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Qala qəsəbəsi Xaşaxuna yaşayış massivində bağlar sahəsindəki nömrəsiz evdə yaşayan Cəfərova Sevinc Rəşi qızının üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

İlkin araşdırmalardan sonra qadının qonşuluqda yaşayan şəxs tərəfindən öz evində amansızlıqla öldürülməsi üzə çıxıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində iş aparılır.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb.

  •  (0)
  •  (0)