Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.
İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib:
“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək”.