Azərbaycanın Xalq artisti “Qızıl Femi” mükafatına layiq görüldübackend

Azərbaycanın Xalq artisti “Qızıl Femi” mükafatına layiq görüldü

Azərbaycanın Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Qızıl Femi” Festivalının “Ən yaxşı bədii aktyor” nominasiyasında əsas mükafata layiq görülüb.

“Qızıl Femi ” mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib, mərasim “SOFIA HOTEL BALKAN” otelində baş tutub.

“Edam günü” tammetrajlı bədii filmin senari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, bu ekran əsəri bir idmancının həyatından bəs edir hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

“Mən həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq, orijinal yanaşma təqdim etmişəm”.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir gəncin kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, – deyə ssenari müəllifi bildirib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur, montaj edən Elnur Tarverdiyev. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir. Qeyd edək ki, bu ekran əsəri 33 beynəlxalq festivalda uğur qazanıb.

Edam günü” tammetrajlı bədii filminin treleri:

 

  •  (2)
  •  (0)