Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.
Hokm.az APA-ya istinadən xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.