Cəlilabad sakini ehtiyatsızlıqda qonşusunu güllələyib.
Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilən və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.
F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.