AZƏRBAYCANDA DƏHŞƏT: Arvadını, qayınatasını, sonra isə özünü öldürdü!backend

AZƏRBAYCANDA DƏHŞƏT: Arvadını, qayınatasını, sonra isə özünü öldürdü!

Sabirabadda güllələnmə hadisəsi baş verib.

“Report” məlumatına görə, hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.

İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)