Həmyerlilərini bıçaqlayan şəxs təslim olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Hokm.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Nəriman Əsədov mübahisə zəminində həmyerliləri Beykəs Süleymanova və onun oğlu Kamrana bıçaqla xəsarət yetirib.
Hadisəni törətdikdən sonra N.Əsədov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.