Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblərbackend

Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblər

ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri SARS-CoV-2 virusunun bədəndə qalma müddətini müəyyən ediblər.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat verir.

Araşdırmaya görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil olaraq orada yeddi aydan çox qala bilir.

Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Müşahidələr zamanı SARS-CoV-2 orqanizmin demək olar ki, hər bir orqanında aşkar edilib. Hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.

Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.

  •  (1)
  •  (1)