Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmişbackend

Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Alim Qasımovun kürəkəni, dələduzluqda təqsirləndirilən Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hokm.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı bildirib ki, təqsirləndirilən şəxs Elnur Mövlamovu əvvəldən tanımayıb və xüsusi əməliyyat tədbirləri nəticəsində o Nərimanov rayonu ərazisində yaşadığı evdə saxlanılıb.

Şahid bildirib ki, təqsirləndirilən şəxs saxlanılan zaman oğurladığı pulu İsmayıllı rayonunun Basqal kəndində saxladığını deyib, qızıl-zinət əşyalarını isə polisə təqdim edib. Basqalda axtarış zamanı evdən 2 min 600 dollar və 5 min manat pul aşkar edilib.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

  •  (0)
  •  (0)