“Bütün sinif yoldaşlarımın ad, soyad və ata adları çox sadə idi. Mənim ad və soyadım isə jurnalın demək olar ki, yarı səhifəsini tuturdu. Xanbabayeva Zülfiyyə Güloğlan qızı…”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva aparıcı Kazım Sübhanın “Özəl” verilişinə qonaq olan zaman deyib. Müğənni universitet illərində adından utandığını söyləyib:
“Zaman keçdi, həmin o çəkindiyim ad və soyadım başımın ucalığı oldu. Uzun olduğuna görə istəmirdim. Çünki başqa sadə – dörd, beş hərfdən ibarət adlar var idi. Ona görə də mən həmişə çəkinirdim öz adımdan. Hətta universitetdə oxuyanda düşünürdüm ki, adımı dəyişə bilərəm, ya yox? Məsələn: “Aysel” adından çox xoşum gəlirdi. “Leyla” adını da sevirdim. Əgər adımı dəyişsəydim onlardan birini qoyardım”. qaynarinfo