Abşeronda kütləvi dava olub.
Hadisə Masazır qəsəbəsində, “Qurtuluş 93” yaşayış kompleksində qeydə alınıb. Dava zamanı 2001-ci il təvəllüdlü Əliyev Ramal Rəşad oğlu ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi, sol əng sümüyünün və burun sümüklərinin sınıqları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.///report