“Torpaqlarımızın azad edilməsində iştirak edənlər üçün bu vəsait daha vacibdir. Orada döyüşən, yaralanan, şəhid olanların hər biri mənim balalarımdır. Məlik 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 11 ay olardı ki, xidmətdə idi. Daha sonra onu döyüş bölgəsinə apardılar. Oğlum 23 gün öz qanı və canı ilə vuruşub. Məliki ölməyə yox, düşməno öldürməyə göndərmişdim. Qismət belə imiş. Təki Vətən sağ olsun”.
Y.Ədilova sonuncu dəfə oğlu ilə oktyabrın 16-da telefonla danışıb: “Oğlumla sonuncu dəfə danışmağa yaralı əsgər Əli Alıxanlı kömək etmişdi. Onda sonuncu dəfə oğlumla danışdım. Dedim ki, oğlum yaralılara baş çəkməyə gəlmişəm. Sevindi, dedi ki, öpürəm sənin əllərindən, çox sağ ol. Mən də söylədim ki, oğul sən orada döyüşürsən, mən sənin arxandayam. Dedi, “ana sənin duaların məni qoruyar”.
Biz Məliklə o qədər də əlaqə saxlaya bilmirdik. Mən Məlikdən ötrü çox darıxırdım. Həmişə deyirdi ki, “ana mən Bakıdayam, bəs düşmənlə üz-üzə duranların anaları necə olsun. Nə qalıb ki, 200 gündən sonra gələcəyəm”.
Məlik heç vaxt məni incitmədi. Çox vətənpərvər oğlan idi. Balam ən ali zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edirəm”.