Əməkdar artist Aybəniz Haşımova həmkarı Zöhrə Abdullayavevanın məzarını ziyarət edib.
Hokm.az teleqraf.com-a istinadla xəbər verir ki, Aybəniz Haşımova Zöhrə Abdullayevanın var-dövlətini qardaşına bağışladığını bildirib.
“Zöhrə Abdullayeva ilə bir il eyni teatrda çalışmışıq, ondan gül qədər incimədim. Zöhrə xanımın ana kimi necə olmasını bütün xalq gördü. Heyf ondan! Amma bir bacı kimi bəlkə də əvəzi olmayacaq. Qardaşının sosial vəziyyəti yaxşı olmadığına görə sağlığında mənzilini, bağ evini, avtomobilini, bankdakı pulunu qardaşının adına keçirib ki, ondan sonra əziyyət çəkməsin. Dünyada belə bacılar var imiş”, – deyə vurğulayıb.
Qeyd edək ki, Zöhrə Abdullayevanın bir oğlu var idi. O, beyin xərçəngindən dünyasını dəyişib.