Azərbaycanlılar “Quql Məps” (Google Maps) xəritələrində İrəvandakı bəzi küçələrin adlarını dəyişiblər.
Hokm.ax axar.az-a istinadla xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan fraksiyasının deputatı Naira Zöhrabyan qeyd edib.
O bildirib ki, azərbaycanlı istifadəçilər İrəvan küçələrinin adlarını Quql xəritəsində öz qəhrəmanlarının adı ilə qeyd ediblər:
“Faktiki olaraq mən Polad Həşimov küçəsində yaşayıram”, – o deyib.