Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları zamanı yaralananları xəstəxanada ziyarət edib. O, bu barədə sosial şəbəkə hesabında görüntü paylaşıb.
Ziyarət zamanı yeniyetmə ilə Zelenski arasında dialoq yaşanıb. Yeniyetmə Zelenskiyə ‘Tik-tok’da hər kəs tərəfindən izlənildiyini bildirib. Yeniyetmənin sözlərinə görə, sosial şəbəkədəki paylaşımların hamısı Ukrayna Prezidenti barədədir.
“Doğrudan, deməli biz ‘Tik-tok’u işğal etmişik”,- Zelenski yeniyetməyə cavabında bildirib.